AZ

ABŞ miqrantları həbs edəcək hərbçilər üçün baza tapıb

BAKI, 5 sentyabr. TELEQRAF

Pentaqon Çikaqonun kənarında yerləşən hərbi bazadan qeyri-qanuni mühacirlərə qarşı əməliyyatlar üçün istifadəyə icazə verib.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

“Əgər Prezident Donald Tramp Amerika qoşunlarının şəhərə köçürülməsi barədə göstəriş verərsə, bu hərbi baza həm də Milli Qvardiyanın və ya digər hərbçilərin yerləşdiyi yer kimi istifadə oluna bilər”, – məqalədə deyilir.

Sentyabrın 3-də Tramp cinayətlə mübarizə aparmaq üçün Çikaqoya Milli Qvardiya qoşunlarını göndərəcəyini bildirib. Bununla belə, Amerika lideri qərarın icra müddətini açıqlamayıb.

Elə həmin gün İllinoys ştatının qubernatoru J.B.Pritzker ABŞ Prezidentinin qərarını şərh edərkən bildirib ki, yerli sakinlər öz şəhərlərində ordunu görmək istəmirlər.

Seçilən
150
teleqraf.com

1Mənbələr