AZ

Matç zamanı sinəsi ilə penaltini qaytaran qapıçı öldü

Qapıçı futbol matçı zamanı sinəsi ilə penalti zərbəsini qaytararkən ölüb

Braziliyada qapıçı Antonio Edson dos Santos Souza mini-futbol matçı zamanı sinəsi ilə vurulan penalti zərbəsini dəf etdikdən qısa müddət sonra dünyasını dəyişib.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 3-də "CNNBrasil" telekanalı məlumat yayıb.

Faciə ölkənin şimal-şərqindəki Para əyalətinin Auqustu-Korrea bələdiyyəsində həvəskarlar turnirində oyun zamanı baş verib.

"Qapıçı sağ küncə tullanaraq zərbənin qarşısını aldı, lakin komanda yoldaşlarına tərəf gedərkən yıxıldı", - telekanal xəbər verir.

İdmançı təcili xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

QAZİLER.AZ

Seçilən
40
qaziler.az

1Mənbələr