AZ

Şotlandiya İsrailə silah tədarük edən şirkətlərə dövlət dəstəyini dayandıracaq

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Şotlandiyanın Baş naziri, Böyük Britaniya hökumətini Britaniya və İsrail tərəfindən təklif olunan Azad Ticarət Razılaşmasından çıxmağa çağırıb. Bu razılaşma üzrə danışıqlar may ayında London tərəfindən dayandırılmışdı.

Bizimyol.info xəbər verir ki, Şotlandiya parlamentinin üzvləri qarşısında çıxış edən Con Svinni bildirib ki, Şotlandiya hökuməti, İsraili silahlandıran şirkətlərə dövlət maliyyəsini dayandıracaq.

"Ona görə də biz, silah istehsalçılarına verilən yeni dövlət maliyyəsini dayandıracağıq, bu şirkətlərin məhsul və xidmətləri, o cümlədən, soyqırımı törətmiş ölkələrə göndərilirsə. Bu ölkələr arasında İsrail də olacaq", — deyə o qeyd edib.

Bu dayandırma, Şotlandiya hökuməti, sahibkarlıq agentlikləri və Şotlandiya Milli İnvestisiya Bankı tərəfindən verilən yeni qrantlar və ya həyata keçirilən investisiyalara da şamil ediləcək. "Əgər hər hansı bir müdafiə şirkəti, şotland hökumətindən dəstək istəyirsə, o zaman bu şirkət, məhsulunun İsrailin hərbi əməliyyatları ilə əlaqəli olmadığını nümayiş etdirməlidir", — deyə Svinni əlavə edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
bizimyol.info

1Mənbələr