AZ

Meyvə şirələri dişlərə zərər verir?


Meyvə şirəsi içmək ağız boşluğunun və diş minasının əsas qoruyucu zülalını məhv etmir.
Yeniavaz.com “PLOS One” jurnalına istinadən xəbər verir ki, Portsmut Universitetinin alimləri belə nəticəyə gəliblər. 
Təcrübə zamanı 32 könüllüdən ağızlarını alma suyu və su ilə yaxalamaq istənilib. Tədqiqatçılar bu iki içkinin tüpürcəyin dişlərdə qoruyucu təbəqə əmələ gətirmə qabiliyyətinə necə təsir etdiyini ölçüblər. Məlum olub ki, şirə həqiqətən bu funksiyanı müvəqqəti pozur, lakin 10 dəqiqədən sonra tüpürcək öz xüsusiyyətlərini tamamilə bərpa edir. Su, alimlərin gözləntilərinin əksinə olaraq, daha çox qoruyucu təbəqəyə qısamüddətli ziyan vurub.
Seçilən
76
yeniavaz.com

1Mənbələr