AZ

DÇ-2026 seçmə mərhələsi: Türkiyə səfərdən üç xalla qayıdır

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin I turu çərçivəsində Gürcüstan millisi Tbilisidə Türkiyə yığmasını qəbul edib.

Missiya.Az Oxu.Az-a istinadən xəbər verir ki, E qrupunun qarşılaşması türklərin qələbəsi ilə yekunlaşıb - 2:3.

Türkiyə millisi matçda hesabı erkən açıb. Mert Müldür 3-cü dəqiqədə fərqlənib.

Kerem Aktürkoğlu 41 və 52-ci dəqiqələrdə dubla imza ataraq hesab arasındakı fərqi üç topa çıxarıb.

Ev sahiblərindən Zuriko Davitaşvili 63-cü dəqiqədə komandasının ilk qolunu vurub. Xviça Kvaratsxeliya 90+8-ci dəqiqədə hesab arasındakı fərqi minimuma endirib.

Gürcülərin bundan artığına gücü çatmayıb və matç türklərin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Barış Alper Yılmaz 71-ci dəqiqədə qırmızı vərəqə alaraq, Türkiyə millisini azlıqda qoyub.

Seçilən
35
3
missiya.az

4Mənbələr