“Tottenhem” klubunun rəhbərliyində böyük dəyişiklik baş verib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, təxminən 25 ildir klubun prezidenti vəzifəsini icra edən Daniel Levi postunu tərk edib.
Məlumatda bildirilir ki, ötən aylarda davamlılıq planının bir hissəsi olaraq bir sıra yeni təyinatlar həyata keçirilib. Belə ki, Vinay Venkateşam klubun baş icraçı direktoru təyin olunub, Piter Çarrinqton isə direktorlar şurasına daxil edilərək icraçı olmayan direktor vəzifəsini tutacaq.
Qeyd edək ki, hazırda “Tottenhem” Premyer Liqanın turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Komanda baş məşqçi Tomas Frankın rəhbərliyi altında üç oyundan 6 xal toplayıb.