AZ

AVF prezidenti gənc voleybolçularla görüşüb

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Gəncə Regional Voleybol Klubunun (RVK) Yevlax və Ağdaş şöbələrinin gənc voleybolçuları və məşqçiləri ilə görüş keçirib.

İdman.biz-in məlumatına görə, tədbirdə Gəncə RVK-nın rəhbəri Şamil Həsənli, klubun direktoru Sərxan Məmmədov, eləcə də idmançıların valideynləri iştirak ediblər.

Görüşdə federasiya prezidentinə bu filiallarda görülən işlər, idmançılar və məşqçilər üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.

İştirakçılar qarşısında çıxış edən Şahin Bağırov AVF-nin ölkədə voleybolun inkişafına və populyarlığının artırılmasına yönəlmiş layihələrindən danışıb. O, gənc idmançılara tövsiyyələrini çatdırıb, onlara gələcək uğurlar arzulayıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
129
1
icma.az

2Mənbələr