AZ

"Heç kimin işindən çıxarılmasını istəmərəm" - Kıvanç Tatlıtuğ

"Heç kimin işindən çıxarılmasını istəmərəm" - Kıvanç TatlıtuğKıvanç Tatlıtuğ dublyoru Mehmet Tanın işdən çıxarılmasından sonra açıqlama verib.

BiG.AZ xəbər verir ki, o, sosial mediada paylaşım edib.

"Bizlər çəkiliş meydançasında böyük bir ailə kimi işləyirik. Rejissordan ssenaristə, operatorlardan işıqçılara, kostyumçulardan set rəhbərlərinə və təbii ki, dublyorlara qədər nəhəng bir komanda oluruq. Müəyyən vaxt çərçivəsində zamanla yarışaraq, 1 həftəyə izləyicilərimizlə görüşəcək bölümü çatdırırıq.

Mehmet Tan qardaşımızla da bu sıx iş rejimi içində bir neçə dəfə birlikdə çalışmışıq.

Son günlərdə onun və digər dublyor dostlarının çəkdiyi bir səhnəni sosial şəbəkədə paylaşdığını gördüm. Onun çalışdığı dublyor şirkəti ilə aralarındakı hüquqi münasibəti bilmədən bu mesajı yazıram, bu səbəbdən də mövzu ilə bağlı şərh verməyim doğru olmaz.

Amma bunu demək istəyirəm ki, heç kimin xüsusilə də serial əməkdaşlarının işindən çıxarılmasını istəmərəm. Mehmet Tan ilə bağlı proses üçün də diləyim budur. Onunla və digər dublyor dostlarımla gələcək layihə və reklam çəkilişlərində yenidən birlikdə işləməyi arzu edirəm.

Sevgilərimlə" ,- deyə o qeyd edib.

Seçilən
120
big.az

1Mənbələr