AZ

Bu siyasət yumşaldılmasa, problemlər daha da artacaq İqtisadçı

525.az saytına istinadən ain.az xəbər verir.

“Kommersiya bankları tərəfindən sahibkarlara təklif edilən kredit faizləri yüksəkdir. Girov bazasına qarşı qoyulan tələblər də çox sərtdir. Öna görə də bu gün sahibkarların çoxu kreditlərin qaytarılması ilə bağlı problemlərlə üzləşirlər”.

Bu fikirləri 525.az-a iqtisadçı ekspert Elşad Məmmədov deyib. O vurğulayıb ki, bu sərt qaydalar problemli, vaxtı keçmiş kreditlərin həcmini artırır:

“Bu gün biznes kateqoriyası üçün kreditlər əlçatan deyil. Təbii ki, bu da sahibkarları çətinliklərlə üz-üzə qoyur. Çox vaxt götürülən kreditlər də təyinatı üzrə istifadə edilmir. Bu da sahibkarların vəziyyətini daha da ağırlaşdırır. Əgər bu siyasət yumşaldılmasa, ödənişlərlə bağlı problemlər daha da artacaq, vəziyyət daha da çətinləşəcək”.

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
106
525.az

1Mənbələr