AZ

İspaniya baş naziri təyyarəsindəki nasazlığa görə Fransaya uça bilməyib

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın Baş naziri Pedro Sançesin təyyarəsində baş verən texniki nasazlıq səbəbindən o bu gün Parisdə keçiriləcək "İstəklilər koalisiyası"nın iclasına qatıla bilməyib.

Avtosfer.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, havaya qalxan təyyarə texniki problemlə üzləşdiyindən Madridə qayıtmağa məcbur olub. Pedro Sançes iclasa onlayn formatda qoşulub.

Qeyd edək ki, bu gün Parisdə keçirilən "İstəklilər koalisiyası"nın iclasında Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin olunması barədə fikir mübadiləsi aparırlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
86
avtosfer.az

1Mənbələr