Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Telegram" messencerinin qurucusu Pavel Durov Qərbi Avropa ölkələrini slavyan dövlətlərinə zorla daxil olmaqda ittiham edib.
Oxu.Az-ın məlumatına görə, Durov bu fikirləri amerikalı iş adamı İlon Maskın "X" sosial şəbəkəsində ingilis dilindəki "slave" (qul) sözünün mənşəyi ilə bağlı paylaşımına cavab olaraq səsləndirib.
"Qul" sözü fransız dilindəki köhnə "esclave" sözündən götürülüb. Bu söz həm "slavyan", həm də "qul" mənasını ifadə edirdi. Çünki orta əsrlərdə qərbi avropalılar (əsasən franklar) slavyanları əsarət altına alıblar. Heç bir slavyan ölkəsi Qərbi Avropaya səbəbsiz zorla daxil olmayıb, halbuki əksinə hallar dəfələrlə baş verib", - deyə Durov "Telegram"da yazıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.