ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin Trabzon şəhərində kuryenin hərəkəti sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub.
Avtosfer.az xəbər verir ki, Boztepe tunelində motosikleti ilə hərəkət edən kuryelərdən biri təhlükəli və məsuliyyətsiz davranış nümayiş etdirib. O, sükan arxasında olarkən ayağını ayağının üstünə aşıraraq yoluna davam edib.
Hadisə şahidlərinin qeyd etdiyinə görə, kuryenin bu davranışı həm öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi şəkildə riskə atıb. Görüntülər isə qısa müddət ərzində sosial mediada geniş yayılaraq tənqidlərə səbəb olub.
Eltac Zülfüqaroğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.