"Trabzonspor" transfer çalışmalarını davam etdirir.
Fanat.Az xəbər verir ki, klub qapı xəttini gücləndirmək üçün yeni addım atıb. Qara dəniz təmsilçisi hazırda “Mançester Yunayted”in şərəfini qoruyan Andre Onana ilə danışıqlara başlayıb.
Məlumatı jurnalist Hasan Tunçel yayıb.
Əldə olunan məlumata görə, “Trabzonspor” kamerunlu qolkiperin transferini icarə əsasında reallaşdırmaq istəyir. Onananın da oyun praktikası qazanmaq üçün yeni bir klubda forma geyinməyə müsbət yanaşdığı vurğulanır.
Qeyd edək ki, 29 yaşlı qapıçı 2023-cü ildə “İnter”dən “Mançester Yunayted”ə transfer olunmuşdu. Lakin son aylarda İngiltərə nəhəngində çıxışları çox vaxt tənqid obyektinə çevrilib.
Kamil Xudiyev