AZ

Məhşur aktyor səhhətindəki çətinlikləri etiraf etdi

Ajans.az xəbər verir ki,bu barədə aktyor IGN saytına müsahibəsində danışıb. Britaniyalı aktyor bildirib ki, bu iki diaqnoz onun yeni rollara hazırlanmasına müəyyən çətinliklər yaradır. “Bəzən qarşımda boş bir kətan olanda narahat oluram. Bu, yeni bir personaj üzərində işləməyin yaratdığı təzyiqlə bağlıdır”, – deyə Holland vurğulayıb. Tom Holland xüsusilə Marvel Sinematik Kainatında Hörümçək Adam obrazı ilə dünya şöhrəti qazanıb. O, həmçinin “Uncharted: Xəritədə olmayan”, “The Devil All the Time” kimi filmlərdə də yadda qalan obrazlara imza atıb. Qeyd edək ki, DEHB və disleksiya kimi neyroinkişaf pozuntuları incəsənət sahəsində fəaliyyət göstərən şəxslər üçün xüsusi yanaşma və adaptasiya tələb edir. Hollandın açıqlaması bu mövzuda maariflənməyə və ictimaiyyətin anlayışlı olmasına töhfə verə bilər.

 

Seçilən
60
Ajans.az

1Mənbələr