AZ

"Telegram" hücumları ilə bağlı araşdırma başladılıb - RƏSMİ

Bakı. Trend:

“Telegram” mesajlaşma tətbiqi üzərindən həyata keçirilən yenikiberhücum dalğası ilə bağlı Azərbaycan Respublikasının XüsusiRabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin ZərərvericiAnalizi Laboratoriyası (MRLab) tərəfindən araşdırma başladılıb.

Trendxəbər verir ki, bu barədə Rabitə və İnformasiya TəhlükəsizliyiDövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda kibercinayətkarların müəyyənləşdirilməsi,həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsiistiqamətində MRLab tərəfindən tədqiqat işləri davam etdirilir.

İlkin araşdırma nəticələri ilə bağlı XRİTDX-nin Kompüterİnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış olabilərsiniz.

Link: https://cert.gov.az/az/articles/telegram-istifadecilerine-qarsi-heyata-kecirilen-kiberhucumun-ilkin-tedqiqati

Seçilən
45
13
az.trend.az

10Mənbələr