2025-ci ilin yayında qadın və kişi futbolunda rekord sayda transfer gerçəkləşib.
Publika.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
1 iyun – 2 sentyabr aralığında kişi futbolunda təxminən 12 min, qadın futbolunda isə 1100-dən çox keçid baş tutub.
Transferlərə çəkilən ümumi xərc 9,76 milyard dollar təşkil edib ki, bu da yay transfer pəncərələrinin tarixində ən yüksək göstəricidir. Ötən ilin eyni dövrü ilə müqayisədə xərclər 50% artıb.
Xərclərə görə ilk yeri İngiltərə tutub - 3 milyard dollardan çox. Yayda “Liverpul” da tarix yazıb. Klub bir transfer pəncərəsində futbolçu alışına rekordsayağı 483 milyon avro xərcləyib.