AZ

Almanəsilli aktrisa “Teşkilat”da - FOTO

“TRT1”-in reytinqləri alt-üst edən serialı “Teşkilat”ın heyətinə daha bir tanınmış qatılıb.

“Cebheinfo.az” xəbər verir ki, Yeliz Şar da ekran işində rol alacaq.

O, yeni mövsümdən layihədə çəkiləcək Erkan Bektaşla tərəf müqabili olacaq. Yeliz Şar “Hayat”, Erkan Bektaş isə onun həyat yoldaşı “Cevher” obrazı ilə izləyicilərin qarşısına çıxacaq.

Qeyd edək ki, 48 yaşlı almanəsilli aktrisa karyerası ərzində “Yaprak Dökümü”, “Kollama”, “İşler Güçler”, “Yasak Elma” və “Yabani” kimi seriallarda çəkilib.

Seçilən
22
cebheinfo.az

1Mənbələr