AZ

"Türkiyə və Azərbaycan qlobal bazarlarda etibarlı tərəfdaş olmağa davam edəcək"

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Türkiyə və Azərbaycan malik olduqları güclü infrastruktur və dərin bağları ilə həm regional enerji təchizatı təhlükəsizliyində, həm də qlobal bazarlarda etibarlı tərəfdaş olmağa davam edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "TRT Haber" məlumat yayıb.

O, ölkələr arasında əməkdaşlıq imkanlarının şaxələndirilməsinin və dərinləşdirilməsinin yeni perspektivlər açacağına inandığını qeyd edib.

“Hər zaman söylədiyimiz 'bir millət, iki dövlət' anlayışı, xüsusilə enerji sahəsində həyata keçirilən böyük layihələrlə ən konkret şəkildə öz əksini tapmaqdadır. Enerji, ölkələrimizin inkişafının və rifahının əsas hərəkətverici qüvvələrindən biridir. Türkiyə və Azərbaycan, geostrateji mövqeləri, zəngin ehtiyatları və inkişaf etmiş infrastruktur imkanları ilə bir-birini tamamlayan rollar oynayır, eyni zamanda regional və qlobal enerji təchizatı təhlükəsizliyinə əhəmiyyətli töhfələr verir. İndiyədək neft və təbii qaz sahələrində həyata keçirilən layihələr, ortaq vizyonumuzun düzgün və nəticəyönümlü olduğunu göstərmişdir. Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqları ilə təməli qoyulan əməkdaşlığımız bu il imzaladığımız Şəfəq-Asiman layihəsi ilə yeni bir mərhələyə keçmişdir. İnşallah Qarabağ, D-230 və Dostluq yataqlarında da əməkdaşlığımızı gücləndirmək əsas hədəflərimiz arasındadır”, - nazir vuğulayıb.

Seçilən
59
operativmm.az

1Mənbələr