AZ

XİN Portuqaliyadakı qəza ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyanın paytaxtı Lissabonda funikulyor qəzası ilə bağlı başsağlığı verib.

Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Lissabonda “Gloria” funikulyorunun relsdən çıxması hadisəsi bizi dərindən kədərləndirdi. Qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik”, - məlumatda qeyd olunub.

Qəza nəticəsində 15 nəfər həlak olub, 20-yə yaxın şəxs isə yaralanıb. 

Seçilən
5
2
anews.az

3Mənbələr