AZ

Əfqanıstanda zəlzələdən ölənlərin sayı 2205 nəfərə çatdı

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 2205 nəfərə çatıb, 3640 nəfər isə yaralanıb.

Far.Az xəbər verir ki, bu barədə Talibanın sözçünün müavini Həmdullah Fitrət X-da məlumat verib.

Bildirilib ki, hazırda ölkədə xilasetmə əməliyyatları hələ də davam edir.

Xatırladaq ki, avqustun 31-də Hindukuş dağlarında 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Əfqanıstanın şərqindəki Əsədabad şəhərindən 27 km cənub-qərbdə baş verib. Güclü təkanlar bütün kəndləri dağıdıb. Torpaq sürüşməsi bəzi yaşayış məntəqələrinə gedən yolları bağlayıb, kommunikasiya xətlərini sıradan çıxarıb. Xilasetmə işləri çətin şəraitdə ucqar dağlıq ərazidə, xüsusi hava-desant bölmələri cəlb edilməklə aparılır.

Seçilən
16
far.az

1Mənbələr