Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyanın paytaxtı Lissabonda "Qloriya" funikulyorunun relsdən çıxması nəticəsində baş vermiş qəzada ölənlərlə bağlı başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN “X”da paylaşım edib.
“Baş vermiş faciəvi qəza bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - deyə paylaşımda qeyd edilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta