AZ

78 repatriantla sosial reabilitasiya prosesi aparılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi hazırda 78 repatriantla sosial reabilitasiya işini davam etdirir. Bu barədə qurumun yaydığı məlumatda bildirilir.

Repatriasiya olunmuş şəxslər üçün ilkin mərhələdə sosial-psixoloji qiymətləndirmə aparılır və fərdi sosial reabilitasiya planı hazırlanır. Sonrakı mərhələdə sosial işçilər və psixoloqlar həmin plana uyğun olaraq reabilitasiya prosesini həyata keçirirlər.

Agentliyin məlumatına görə, bu günə qədər ümumilikdə 560 repatriant sosial reabilitasiya xidmətlərinə cəlb olunub.

Gülnar 

Seçilən
3
anews.az

1Mənbələr