AZ

ICPC Dünya Finalı sayəsində universitetlər arasında əməkdaşlıq memorandumları imzalana bilər - Fariz İsmayılzadə

Bakı. Trend:

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin(ICPC) 49-cu dünya finalı sayəsində universitetlər arasındaəməkdaşlıq memorandumları imzalana bilər.

Trend xəbərverir ki, bunu millət vəkili, ADA Universitetinin prorektoru Farizİsmayılzadə ICPC Dünya Finalı 2025-ə həsr olunmuş mətbuatkonfransında bildirib.

O deyib ki, Beynəlxalq Universitetlərarası ProqramlaşdırmaMüsabiqəsinin (ICPC) 49-cu dünya finalı çərçivəsində universitetlərarasında əməkdaşlıq memorandumları imzalana, tələbə mübadiləsihəyata keçirilə bilər.

"Bu müsabiqə sayəsində müəllimlər arasında mübadilə, birgə elmiaraşdırmalar ola bilər. Eyni zamanda, birgə konfranslarınkeçirilməsi də mümkündür. Yəni bu platforma universitetlər arasındaəməkdaşlığa imkanlar açır.

Universitetlərin banklarla, texnoloji şirkətlərlə birgəlayihələrin müzakirəsi, birgə laboratoriyaların yaradılması, elmiaraşdırmalarının aparılması üçün də imkanlar açılır. Hesab edirəmki, bu son 4-5 gün ərzində aparılan danışıqlar məhsuldar nəticələrverəcək, memorandumlar və birgə layihələr gələcəkdə həyatakeçiriləcək", - deyə F.İsmayılzadə qeyd edib.

Seçilən
45
1
az.trend.az

2Mənbələr