İzmirdə IV Azərbaycan- Türkiyə biznes forumu keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
"Forumda Avropa ilə yanaşı Yaxın Şərqə də genişlənən enerji təhlükəsizliyi siyasətimiz, bütün istiqamətləri əhatə edən əməkdaşlıq prioritetlərimiz, həmçinin Naxçıvan üzərindən birbaşa, Zəngəzur dəhlizi və Gürcüstan marşrutu ilə Türkiyə və Avropaya yaşıl enerji tədarükü layihələrimiz müzakirə olundu. Forum nəticəsində enerji əməkdaşlığımızın inkişafına xidmət edən yeni gündəlik müəyyənləşdirildi"- nazir qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta