AZ

Xızıda kanalda batan qardaşların meyiti tapılıb

Xızı, 4 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 2-də Tovuz rayonu sakinləri olan iki qardaş - 23 yaşlı Ramazan və 26 yaşlı Orxan Abdıyevlər kanalda boğulublar.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal axtarışlara cəlb olunublar.

Qardaşlardan birinin meyiti sentyabrın 2-də, digəri isə bu gün aşkarlanaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
65
1
azertag.az

2Mənbələr