AZ

2025-ci il üçün tələbə kreditlərinin həcmi açıqlanıb- RƏSMİ

2025-ci il üçün tələbə kreditləri üzrə bu günə qədər təxminən 14 500 müqavilə rəsmiləşdirilib. Cari artım dinamikası nəzərə alındıqda, ilin sonuna qədər bu rəqəmin 21 000–22 000 aralığında olması gözlənilir.

Bunu Far.Az-ə açıqlamasında Tələbə Təhsil Kredit Fondundan bildiriblər.

Tələbə kreditləri ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyəsində, orta ixtisas və peşə təhsili pillələrində normativ müddət ərzində əyani və ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulub.

Şahanə Xankişiyeva

Seçilən
12
1
far.az

2Mənbələr