AZ

Azərbaycanda 2024-cü ildə un ehtiyatları 0,5% azalıb

2024-cü ilin sonuna olan məlumata əsasən, Azərbaycanda un ehtiyatlarının həcmi 1 milyon 764 min 476 ton təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 0,5% azalma deməkdir. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Məlumata görə, ötən il ərzində ölkədə un ehtiyatlarının ən aşağı səviyyəsi qeydə alınıb.

2024-cü ildə Azərbaycanda 1 milyon 365 min 906 ton un istehsal olunub, bu isə 2023-cü illə müqayisədə 2,8% artım deməkdir. Eyni dövrdə un idxalının həcmi 28,2% azalaraq 109 min 860 ton, ilin əvvəlinə olan qalıq isə 1,1% azalaraq 288 min 710 ton olub.

Gülnar 

Seçilən
13
anews.az

1Mənbələr