AZ

Rusiya hərəkətə keçdi

Artıq bir neçə gündür Ermənistanın ən böyük yükdaşıma şirkəti olan “Spayka”nın 100-dən çox yük maşınının Rusiyaya girişi dayandırılıb.

"Bakuinfo" xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, Rusiyanın hüquq-mühafizə orqanları heç bir əsas olmadan yük maşınlarını ölkə ərazisinə buraxmırlar:

“Ermənistanın müvafiq orqanları bununla bağlı Rusiya tərəfdən heç bir xəbərdarlıq almadıqlarını bəyan ediblər. Siyasi dairələr Rusiyanın “Spayka”ya münasibətinin siyasi olduğunu deyirlər. Son vaxtlar bu şirkətin direktoru tez-tez ABŞ-nin Ermənistandakı səfiri ilə görüşür və bununla bağlı rusların xoşuna gəlməyən məqalələr, videolar yayılır.

Son görüş təxminən iki həftə əvvəl baş tutub. Məsələ ilə əlaqədar şirkətdən bildirilib ki, səfir Quinn və ABŞ səfirliyinin nümayəndə heyəti şirkətin istehsal müəssisələrini gəzib və səfərin sonunda ABŞ-Ermənistan iqtisadi əlaqələrinin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün dəyirmi masa keçirilib.

“Spayka” Ermənistanın ən böyük aqroholdinqidir.

Yük maşınlarının hərəkətinin bloklanması təkcə şirkətə deyil, Ermənistanın kənd təsərrüfatı istehsalçılarına da ciddi zərbə vura, ixracda ciddi problemlər yarada bilər”.

Seçilən
126
1
bakuinfo.net

2Mənbələr