AZ

Fariz İsmayılzadə: ICPC Dünya Finalı Azərbaycanda İT təhsilinə təkan verəcək

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı Azərbaycanda IT sənayesinin inkişafına mühüm töhfə verəcək. Bunu Milli Məclisin deputatı və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, 2025-ci ildə Bakıda keçiriləcək ICPC Dünya Finalı ilə bağlı mətbuat konfransında çıxışında deyib. 

"Bu yarışma Azərbaycanlı tələbələrin beynəlxalq iştirakını və ünsiyyət imkanlarını genişləndirəcək. Gələcəkdə ölkəmizin İT sahəsi daha da sürətlə inkişaf edəcək," –  İsmayılzadə vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək final mərhələsi zamanı ölkəyə gələn iştirakçılar yerli mədəniyyət və tarixlə tanış olacaqlar, bu isə ölkənin beynəlxalq təhsil və texnoloji imicinə müsbət təsir göstərəcək.

Fariz İsmayılzadə həmçinin qeyd edib ki, Azərbaycan komandalarının yarışda yüksək nəticələr göstərəcəklərinə ümid var və bu cür beynəlxalq tədbirlər gənc mütəxəssislərin gələcəkdə aparıcı sahələrdə məsul vəzifələr tutmasına zəmin yaradır.

Gülnar Nazimqızı 

 

Seçilən
4
1
anews.az

2Mənbələr