AZ

Məhkəmə ABŞ Administrasiyasının Harvardla bağlı qərarını qeyri-qanuni hesab etdi

Məhkəmə ABŞ Administrasiyasının Harvardla bağlı qərarını qeyri-qanuni hesab etdi

Massaçusets məhkəməsi ABŞ administrasiyasının Harvard Universitetinə ayrılan 2,2 milyard dollardan çox qrantın dondurulması qərarının qeyri-qanuni olduğuna qərar verib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, hakim Allison Burrous Təhsil Nazirliyinin universitetin antisemitizmlə mübarizə aparmadığı ilə bağlı arqumentlərini rədd edib. Məhkəmənin onlayn məlumat bazasında dərc olunan qərarına əsasən, ölkə rəhbərliyi "millətin aparıcı universitetlərinə hədəflənmiş, ideoloji motivli hücum üçün antisemitizmdən istifadə edib".

Sənəddə deyilir: "Bu hərəkətlər onilliklər boyu aparılan tədqiqatları və bu tədqiqatdan faydalanacaq şəxslərin rifahını təhlükə altına qoyur və Konstitusiyada və federal qanunda təsbit olunmuş hüquqlara etinasızlıq nümayiş etdirir". Hakim qeyd edib ki, o, “antisemitizmlə maliyyənin dondurulması təsirinə məruz qalan tədqiqat layihələri arasında heç bir açıq əlaqə görmür”.

Eyni zamanda, Burrous Harvard Universitetinin son illərdə antisemitizm təzahürlərindən əziyyət çəkdiyini və bu problemi həll etmək üçün daha yaxşı iş görməli olduğunu qeyd edib.

Aprelin ortalarında ABŞ Təhsil Departamenti Harvard üçün 2,2 milyard dollarlıq qrantların və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu elan edib. Bundan əvvəl ABŞ administrasiyası yəhudi əsilli tələbələri antisemitizmdən qorumaqla əsaslandıraraq məktəbin siyasətində dəyişiklik etməyi tələb edib. Harvard Ağ Evlə əməkdaşlıq etməyə çalışsa da, lakin sonradan tələblər siyahısına "antisemitizmlə heç bir əlaqəsi olmayan maddələr" daxil edildiyi üçün məsələ böyüyüb. Universitetin prezidenti Alan Qarber isə tələbi yerinə yetirməkdən imtina edib.

Seçilən
17
1
afn.az

2Mənbələr