ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
2025-ci il üçün tələbə kreditləri üzrə bu günə qədər təxminən 14 500 müqavilə rəsmiləşdirilib. Cari artım dinamikası nəzərə alındıqda, ilin sonuna qədər bu rəqəmin 21 000–22 000 aralığında olması gözlənilir.
Bunu BAKU.WS-ə açıqlamasında Tələbə Təhsil Kredit Fondundan bildiriblər.
Tələbə kreditləri ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyəsində, orta ixtisas və peşə təhsili pillələrində normativ müddət ərzində əyani və ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulub.
Şahanə Xankişiyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.