AZ

“Pantsir-ME” dəniz kompleksinin dünyada analoqu yoxdur - “Rostex”

“Pantsir-ME” dəniz zenit-raket və artilleriya sisteminin dünyada analoqu yoxdur və bütün hücum hədəflərini aşkar etməyə qadir olan yeganə sistem hesab olunur.

Herbiand.az bildirir ki, bu barədə Rusiyanın “Rostex” dövlət korporasiyası məlumat yayıb.

Qeyd olunub ki, “Pantsir-ME” unikaldır, çünki onun qülləsi həm güclü artilleriya silahlarını, həm də çoxfunksiyalı raket buraxılış qurğularını özündə birləşdirir.

“Kompleksin hələ ki, dünyada analoqu yoxdur. Onları yaxın gələcəkdə gözləmək ehtimalı da azdır”, - “Rostex”-dən bildirilib.

Bundan əlavə, “Pantsir” tam avtomatik rejimdə işləyir, lakin zəruri hallarda operator düzəlişlər edə bilər. Kompleks müxtəlif sinifli hərbi gəmilərdə yerləşdirilmək üçün uyğunlaşdırılıb.

Dövlət korporasiyası onu da qeyd edib ki, sistem kütləvi hava hücumlarının dəf edilməsində effektivliyini sübut edib, həddən artıq aşağı hündürlükdə hədəfləri məhv etməyə qadirdir. Həmçinin, təkcə havada deyil, həm də dəniz və quru hədəflərində işləyir. Bundan başqa, “Pantsir” eyni vaxtda bir neçə hədəfi vura bilir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
9
herbiand.az

1Mənbələr