AZ

Tramp: Maskın 80 faizi superdahidir, 20 faizində problemlər var

Tramp: Maskın 80 faizi superdahidir, 20 faizində problemlər var

ABŞ prezidenti Donald Tramp hesab edir ki, İlon Mask ağıllı insan olduğu üçün sonda Respublikaçılar sıralarına qayıdacaq.

AFN.az xəbər verir ki, Amerika lideri bu barədə radio aparıcısı Skott Cenninqslə müsahibəsində bildirib. Maskın Respublikaçılar Partiyasına qayıtmasının mümkünlüyü ilə bağlı suala cavabında Tramp deyib: “Düşünürəm ki, onun başqa seçimi yoxdur. O, sağlam düşüncəli, yaxşı insandır. O səhv etdi, amma bu, yaxşıdır".

D.Tramp etiraf edib ki, o, həmişə Maskdan xoşlanıb və indi də ondan xoşu gəlir. "O, yaxşı insandır, 80 faizi super dahidir, qalan 20 faizində isə problemlər var. O, onları həll edəndə əla olacaq", - deyə Amerika lideri bildirib.

Seçilən
13
afn.az

1Mənbələr