Azərbaycan 2-ci liqasında mübarizə aparan “Şəki” futbol klubunun baş məşqçisi müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
UEFA Pro lizensiyalı Bəhmən Həsənovla 1+1 illik müqavilə imzalanıb. Samet Yılmaz Aker qapıçılar üzrə məşqçi, Zeynal Hüseynov isə köməkçi məşqçi təyin olunub.