AZ

Baş nazirin təyyarəsi texniki səbəbdən eniş etdi

İspaniya Baş Naziri Pedro Sançes Parisdə keçiriləcək “arzu edənlər koalisiyası” görüşünə yola düşərkən təyyarədə texniki nasazlıq yaranıb. AzPost xəbər verir ki, bu səbəbdən təyyarə geri dönərək Madriddə enib.

Hökumət nümayəndələri bildiriblər ki, Sançes görüşdə fiziki iştirak edə bilməsə də, tədbirdə məsafədən qoşulacaq. Görüşün qarışıq formatda, həm fiziki həm də onlayn şəkildə təşkil olunacağı bildirilib.

Məlumata görə, görüşdə Ukrayna Prezidenti Vladimir Zelenski şəxsən iştirak edəcək. Tədbirin əsas məqsədi beynəlxalq əməkdaşlıq və müxtəlif ölkələrin nümayəndələri arasında dialoq qurmaqdır.

Əvvəlki məlumatlara əsasən, koalisiyanın iştirakçıları sonradan ABŞ Prezidenti ilə telefon vasitəsilə əlaqə saxlayacaq.

AzPost.az

Seçilən
71
azpost.info

1Mənbələr