AZ

"Zaqatala"da daha bir qapıçı

Bu yay "Karvan-Yevlax"dan ayrılan qapıçı Məmməd Muradovu heyətinə qatan "Zaqatala"nın digər qapıçısının da kimliyi müəyyənləşib.

Bu barədə Fanat.Az-a bölgə təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədov məlumat verib:

"Digər qapıçımız daha öncə də "Zaqatala"da oynamış Davud Şabanov olacaq. Davud əsgərlikdən qayıdıb və hazırda komandanın düşərgəsindədir".

Xatırladaq ki, "Karvan-Yevlax" ötən 1-ci Liqadakı mübarizəni 3-cü pillədə başa vuraraq elitada oynamaq hüququ qazanıb. "Zaqatala" isə 34 xalla 5-ci olub.

Nihat  

Seçilən
71
1
fanat.az

2Mənbələr