AZ

Bakı və İrəvanın razılaşması regionu dəyişəcək: Berse alqışladı

Avropa Şurasının baş katibi Alen Berse Ermənistan və Azərbaycanın imzaladığı Vaşinqton Bəyannaməsini alqışlayıb.

Publika.az xəbər verir ki, Berse bunu potensial dönüş nöqtəsi adlandırıb.

"Onun həyata keçirilməsi regionu barışıq, sabitlik və inkişaf yolu ilə dəyişdirə bilər. Bu sülh bizim dəyərlərimiz üzərində qurulmalıdır: demokratiya, insan haqları və qanunun aliliyi. Avropa Şurası sülh yolunda Ermənistan və Azərbaycanı dəstəkləyəcək", - Berse vurğulayıb.

Seçilən
134
3
publika.az

2Mənbələr