AZ

Bloomberg : “Rusiya yeni hücuma hazılaşır”

AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verirki, bu məsələ Ukrayna prezidenti Volodimir Zelenski ilə Qərb tərəfdaşları arasında keçirilən görüşlərdə müzakirə olunub. Əsas diqqət Kiyev üçün təhlükəsizlik təminatları və gələcək dəstək strategiyasına fokuslanıb.

“Keçən həftə Tulonda Almaniya və Fransa rəsmiləri Donetsk vilayətinin Pokrovsk şəhəri yaxınlığında rus qoşunlarının yığılması ilə bağlı xəbərləri nəzərdən keçiriblər. Mənbələr Moskvanın ora böyük qüvvələr yeritdiyini bildirir”,- agentlik yazır.

Ukrayna prezidentiVolodimir Zelenski deyib ki, bu istiqamətdə 100 minə yaxın rus əsgəri cəmləşib. Onun sözlərinə görə, Kreml bir ildir ki, Pokrovsk şəhərini mühasirəyə alıb ələ keçirməyə çalışır ki, bu da ona Kramatorsk və Slavyanska irəliləmək imkanı verəcək.

“Bloomberg” bildirir ki, yaxın vaxtlarda “könüllülər koalisiyası”nın Parisdə keçiriləcək görüşündə müharibədən sonra Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı müzakirələri yekunlaşdırmağı planlaşdırırlar. Avropa liderləri həmçinin ABŞ-nin mövqeyini və prezident Donald Trampla qarşılıqlı fəaliyyəti müzakirə etmək niyyətindədirlər.

- Fransa Avropanın öz öhdəliklərinin bir hissəsini yerinə yetirdiyini və indi növbənin Vaşinqtona çatdığını israr edir. Emmanuel Makron Parisdə Zelenski ilə birgə çıxış edərək, Avropanın Kiyevə uzunmüddətli təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu vurğulayıb”, - agentlik yazır.

Görüşdə həmçinin Hollandiya və Polşanın baş nazirlərinin, Böyük Britaniya, İtaliya və Almaniya liderlərinin isə videokonfrans vasitəsilə danışıqlara qatılacağı gözlənilir.

Bu arada gələcək təhlükəsizlik arxitekturasına dair danışıqlar dalana dirənib, Rusiya isə cəbhədəki təzyiqləri gücləndirməkdə davam edir. Analitiklərin fikrincə, Moskvanın yay hücumu minimal ərazi qazancı verib - Ukrayna ərazisinin təxminən 0,3%-i işğal edilib.

Bununla belə, Rusiya hava hücumlarının intensivliyini kəskin şəkildə artırıb. 2022-ci ilin may ayından bəri bu ilin iyul ayı Ukrayna vətəndaşları üçün ən ağır ay olub: 589 nəfər ölüb, 1100-dən çox insan yaralanıb.

Xatırladaq ki, daha əvəvl Fransa prezidenti Emmanuel Makron Ukraynanın təhülkəsizlik təminatlarının artıq hazır olduğunu iddia edib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
25
azvision.az

1Mənbələr