Oxu.az saytına istinadən ain.az xəbər verir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüşüb.
Oxu.Az xəbər verir ki, Mikayıl Cabbarov bununla bağlı paylaşımı özünün "X" profilində edib:
"Ölkələrimiz arasında uğurlu tərəfdaşlıq münasibətlərini vurğuladıq. Həyata keçirilən birgə layihələr, enerji sahəsində tərəfdaşlıq, qarşılıqlı investisiyalar və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr apardıq".
Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri (@MoIATUAE) Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüşdük. Ölkələrimiz arasında uğurlu tərəfdaşlıq münasibətlərini vurğuladıq. Həyata keçirilən birgə layihələr, #enerji sahəsində tərəfdaşlıq,… pic.twitter.com/wU1VR2rw1W
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 4, 2025
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.