Sentyabrın 3-də Makron Yelisey sarayında Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
Fransa liderinin sözlərinə görə, müttəfiq ölkələrin hərbi rəhbərləri avqustda Vaşinqtonda keçirilən sammitdən sonra sülh sazişinin əldə olunacağı təqdirdə operativ hərəkətlərin əsasını hazırlayıblar.
“Bu gün müdafiə nazirləri səviyyəsində ciddi məxfilik şəraitində diqqətlə sənədləşdirilən və təsdiq edilən iş sayəsində prosesin tamamlandığını və siyasi təsdiqə hazır olduğunu deyə bilərik”,- Fransa prezidenti iddia edib.
![]() |
FT: “Qərb Ukraynada 3 müdafiə xətti yaratmaq niyyətindədir”| VİDEO |
Xatırladaq ki, daha əvəvl öz mənbələrinə istinad edən “Financial Times (FT)” nəşri Qərb ölkələri Ukraynanın müdafiəsini təmin etmək üçün sülh sazişi bağlandıqdan sonra həyata keçirmək niyyətində olduqları “təxmini plan” hazırladıqlarını yazmışdı.
Bundan sonra isə, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallasbirlik ölkələrinin müharibə bitdikdən sonra Ukraynaya qoşun göndərib-göndərməmək barədə müstəqil qərar verəcəklərini bildirdi. Onun sözlərinə görə, hələlik isə bununla bağlı ümumi qərar yoxdur.
Sahil İsgəndərov
AzVision.az