AZ

Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti təlimi keçiriləcək

Ermənistan hökuməti bu gün keçirdiyi iclasda ehtiyatda olan hərbçilər üçün təlimlərin keçiriləcəyini elan edib.

Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, təlim sentyabrın 23-dən noyabrın 28-dək keçiriləcək.

Təlim-məşq toplanışı hərbçilərin hərbi vərdişlərinin artırılması, peşə hazırlığı və yenidən hazırlanması məqsədi ilə elan edilir. Hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə təlimə cəlb olunacaq.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
138
herbiand.az

1Mənbələr