AZ

"Mançester Yunayted" qapıçısı Onananı Səudiyyə Ərəbistanı klubuna satmağa hazırdır

Mançester Yunayted" qapıçısı Andre Onananı Səudiyyə Ərəbistanı klublarından birinə satmağa hazırdır.

Operativ Media xəbər verir ki, bu haqda "TeamTalk" məlumat yayıb.

Mənbənin məlumatına görə, 29 yaşlı kamerunlu futbolçunun transferi ilə bağlı danışıqlar davam edir. Lakin Səudiyyə klubunun adı açıqlanmır.

“Yunayted” ötən mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün Onananın maaşı 25 faiz azaldılıb.

Maliyyə gələcəyini təmin etmək istəyən Onana yeni müqavilədə israr edib. Bununla belə, baş məşqçi Ruben Amorim qapıçıya klubun fərqli istiqamətə getdiyini, yeni iş axtarmaq üçün yaşıl işıq yandırdığını bildirib.

Onana 2024/25 mövsümündə 50 oyunda 65 qol buraxıb, 11 oyunda qapısını toxunulmaz saxlayıb. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

"Transfermarkt" futbolçunun transfer dəyərini 25 milyon avro qiymətləndirir.

Seçilən
54
operativmedia.az

1Mənbələr