"İnter Mayami"nin futbolçusu Lionel Messi həmyerlisini təhdid edib.
Offsideplus.az xəbər verir ki, o, klubunun "Sietl Saunders"lə matçında, rəqibin futbolçusu Pedro de la Veqanı hədələyib.
Bu, komandalar arasında keçirilmiş Liqa Kuboku oyunundan sonra baş verib.
Messi Veqaya "mən yığmada olduğum müddətdə sən heç vaxt çağrılmayacaqsan" deyib.
Qeyd edək ki, görüş "Sietl Saunders"in 3:0 hesablı üstünlüyü ilə başa çatıb.