AZ

Çinə məhəl qoymamaq olmaz: Avropa böyük səhvə yol verdi

Slovakiyanın baş naziri Robert Fitso bildirib ki, Aİ Çində İkinci Dünya Müharibəsinin bitməsinin ildönümü ilə bağlı tədbirə məhəl qoymamaqla böyük səhvə yol verib.

Publika.az xəbər verir ki, siyasətçi bu barədə “Facebook” səhifəsində yazıb.

Fitsonun özü Pekində İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş şənliklərdə iştirak edib.

“Avropa İttifaqına üzv ölkələrin dövlət başçıları və baş nazirlərinin Çindəki tədbirə məhəl qoymamasını böyük səhv hesab edirəm”, - o yazıb.

Bundan əlavə, Slovakiyanın Baş naziri Avropa İttifaqına üzv ölkələrin ən yüksək nümayəndələrinin “belə qlobal tədbirdə” iştirak etməməsindən təəssüfləndiyini bildirib.

Seçilən
86
publika.az

1Mənbələr