İkinci Liqada mübarizə aparan “Şəki” futbol klubunun baş məşqçisi müəyyənləşib.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda UEFA Pro lizensiyalı Bəhmən Həsənova tapşırılıb.
Mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
Həmçinin Samet Yılmaz Aker qapıçılar üzrə məşqçi, Zeynal Hüseynov isə köməkçi məşqçi təyin olunub.