AZ

Maştağada ağır qəza - ölən var

Dünən paytaxtın Sabunçu rayonunda yol qəzası baş verib.

News24.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Tofiq Zeynalov “Ford Tranzit” markalı avtomobillə Maştağa qəsəbəsi ərazisində, Maştağa-Buzovna yolunda 1991-ci il təvəllüdlü Əsgərova Elnurə Həbulla qızını vurub.

Yolu keçməyə çalışan piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.


Seçilən
145
3
news24.az

4Mənbələr