İnflyasiyanın yüksəlməsinə qlobal bazarlarda qiymət artımları, logistika problemləri, bəzi ölkələrin ixrac məhdudiyyətləri, eləcə də Rusiya-Ukrayna müharibəsi təsir edib.
QHT.az xəbər verir ki, bu barədə məlumatı “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, daxildə tənzimlənən tariflər və tələbatın artması da inflyasiyanı sürətləndirən amillərdəndir:
"İnflyasiyanı azaltmaq üçün idxaldan asılılığın azaldılması, kənd təsərrüfatı və qeyri-neft sektorunun inkişafı vacibdir. İnflyasiya əhalinin gəlirlərinə birbaşa mənfi təsir göstərir. Bu hər 100 manata 1 manat itki deməkdir. 2026-cı ildən sabitləşmə ehtimalı olsa da, bu dəqiq proqnoz deyil".
Pərvanə Fərhadqızı