AZ

“The Telegraph”: Çin Rusiyanı gizli şəkildə silahlandırır

Ayna saytına istinadən ain.az xəbər verir.

Araşdırma nəticəsində 97 Çin tədarükçüsü müəyyən edilib

Çin gizli şəkildə Rusiyanı silahlandırır. AYNA.AZ xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.

Dərc edilmiş məlumata görə, aparılan araşdırmalar göstərib ki, Çin şirkətləri sanksiyalar altında olan Rusiya firmalarını 2023-2024-cü illərdə azı 55 milyon avro dəyərində hərbi sahədə istifadə oluna bilən hissə və materiallarla təmin edib.

Bu məbləğin təxminən dörddə biri - 12,5 milyon avro İranın "Şahed" pilotsuz təyyarələrinin yığıldığı "Alabuqa" xüsusi iqtisadi zonasında yerləşən müəssisələrə yönəldilib.

Çindən ixrac edilən mallar arasında həmçinin təyyarə mühərrikləri, mikrosxemlər (mikroçiplər), metal ərintiləri, kamera linzaları, fiberglas, fiberglas bağlayıcılar və karbon lifi var. Bütün bu komponentlər dronların istehsalı üçün açardır.

Araşdırma nəticəsində 97 Çin tədarükçüsü müəyyən edilib.

Çin rəsmi olaraq neytrallıq iddia etsə də, bu komponentlərin çatdırılması Pekin və Moskva arasında sıx hərbi əməkdaşlıqdan xəbər verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
ayna.az

1Mənbələr