AZ

Azərbaycan millisi beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi "Slovenia Nations Cup" yoldaşlıq turnirinə qələbə ilə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan komanda ilk oyununu İslandiya yığmasına qarşı keçirib.

"Preddvor" stadionunda keçirilən görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində Ziya Şəkərxanov (46-cı dəqiqə) və Şahin İbrahimov (55-ci dəqiqə) fərqləniblər.

Qeyd edək ki, U-19 beynəlxalq turnir çərçivəsində növbəti oyununu sentyabrın 6-da Farer adaları yığmasına qarşı keçirəcək.

"Cebheinfo.az" 

Seçilən
24
26
cebheinfo.az

10Mənbələr