Tribuna saytına istinadən ain.az xəbər verir.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 22237 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 246 nəfər (o cümlədən 126 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 15662 nəfər qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.66% dolub. Cəmi 212 yer (1.34%) boş qalıb.
Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:
Qəbul
planı
Qəbul olunub
Qəbulolma faizi
Vakant yerlərin
sayı (faizi)
Azərbaycan bölməsi
Rus
bölməsi
Bölmələr
üzrə cəmi
Xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar
14928
14339
588
14927
99.99
1 (0.01)
Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar
931
683
37
720
77.34
211 (22.66)
Cəmi
15874
15037
625
15662
98.66
212 (1.34)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.